Bakı: Trend:
Bakı şəhərinin Binəqədi qəsəbəsində yanğın hadisəsi qeydəalınıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumatverilib.
Bildirilib ki, ümumi sahəsi 50 m² (hər mərtəbəsi 25 m²) olanikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanarkonstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.