AZ

Avropa İttifaqının xarici işlər nazirləri Gürcüstanla bağlı yenidən toplaşır...

Fevralın 24-də Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin iclasında Gürcüstanla bağlı müzakirə aparılacaq.

24News.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, nazirlər ölkədəki mövcud siyasi vəziyyət, vətəndaş cəmiyyəti, media məsələlərini müzakirə edəcəklər.

Aİ nümayəndəsi həmçinin bildirib ki, Gürcüstanda dinc nümayişçilərə qarşı zorakılıq davam edir, bir neçə fəal və jurnalist aclıq aksiyası keçirir.

Onun sözlərinə görə, yanvarın 2 və 7-də Aİ-nin ali nümayəndəsi Kaia Kalas və komissarı Marta Kosma Gürcüstan hakimiyyətini yeni repressiv qanunlar qəbul etməkdən çəkinməyə çağırıblar.

Nümayəndənin sözlərinə görə, “Gürcü arzusu”nun liderləri Avropa İttifaqına, onun dəyərlərinə və institutlarına qarşı nifrət nitqini və şəxsi hücumları gücləndiriblər.
Seçilən
13
sherg.az

1Mənbələr