İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 26 fevral tarixində ona qarşı ittihamlara aydınlıq gətirmək üçün ifadə verəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu haqda Türkiyı mediası yazıb.
Bildirilib ki, İmamoğlu bu dəfə saxta diplom iddiası ilə hakim qarşısına çıxacaq.
Qeyd edək ki, Əkrəm İmamoğlu ötən gün prezidentliyə namizəd olmaq üçün üzvü olduğu Cümhuriyyət Xalq Partiyasına müraciət edib.