Bakı. Trend:
Türkiyənin Diyarbəkir vilayətində silahlı mütəşəkkil cinayətkarqruplaşmaya qarşı əməliyyat keçirilib.
Trend TürkiyəKİV-ə istinadən xəbər verir ki, əməliyyatın gedişində 21 şübhəlinisaxlanıb, onlardan 12-si barəsində həbs qətimkan tədbiriseçilib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, bu qruplaşmaDiyarbəkirdə azyaşlılar da daxil olmaqla, şəxslərə narkotik satıb,qəsdən adam öldürməyə cəhd, qəsdən xəsarət yetirmə, qarət kimicinayətlər planlaşdırıb. Cinayətkar qruplaşma bölgəyə nəzarətuğrunda dəfələrlə digər cinayətkar dəstələrlə silahlı toqquşmalaragirib, həm iş yerlərinə, həm də evlərə silahlı basqınlar təşkiledib.
Toplanmış dəlillərdən sonra Qaçaqmalçılıq və TəşkilatlanmışCinayətlərə Qarşı Mübarizə Şöbəsi hərəkətə keçərək, eyni vaxtdaDiyarbəkirdə, Mersin və Aydın şəhərlərində keçirilən əməliyyatlarda21 şübhəlini saxlayıb.
Əməliyyatlar çərçivəsində dəstə üzvlərinə aid narkotik maddələrvə qanunsuz odlu silahlar, o cümlədən, zərərçəkənlərə qarşıistifadə olunduğu güman edilən 8 tapança və çox sayda güllətapılıb.