"Ədalət Partiyası fəaliyyətini davam etdirməli və İlyas müəllimin mirasını yaşatmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sözügedən partiyanın sədr müavini Mütəllim Rəhimli deyib.
O bildirib ki, nizamnamənin tələblərinə görə, qurultay keçirilməlidir:
"Ədalət Partiyasının yeni sədri qurultayda seçilməlidir, bu, Nizamnamənin tələbidir. İndi bu barədə də danışmaq tezdir. Çünki Ədalət Partiyası Nizamnaməsinə uyğun olaraq fəaliyyətini davam etdirir. Partiyanın strukturları yerindədir. Təbii ki, İlyas müəllimin yoxluğu hər addımda hiss olunur. Bu, yeri doldurulmayacaq itkidir”.
Qeyd edək ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov fevralın 17-də dünyasını dəyişib.