Fələstin HƏMAS hərəkatı daha iki girovu Qırmızı Xaç işçilərinə təhvil verib.
Ölkə.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri Məlumat yayıb.Təhvil-təslim prosesi Qəzza zolağının cənubundakı Rəfah şəhərində baş tutub.
Bundan əlavə daha dörd girov bu gün, fevralın 22-də azad edilməlidir. Təhvil prosesi Qəzza zolağının mərkəzində Fələstinli qaçqınlar üçün nəzərdə tutulmuş Nuseyrat düşərgəsində keçiriləcək.
Həmidə İbrahimova