AZ

Xərçəngin qarşısını alan məhsullar

Həkim dietoloq Yevgeni Arzamastsev xərçəngin qarşısını almağa kömək edən qidalanma haqqında danışıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, xərçəngin qarşısını almaq üçün insanları qida rasionuna yaşıl tərəvəzlər, göyərti, qoz-fındıq və bitki yağları daxil etməyə çağırıb. İlk iki məhsul lif, vitamin və təbii antioksidantlarla zəngindir.

O, xərçənginin qarşısını almaq üçün gündə 400 q tərəvəz və göyərti yeməyi məsləhət görüb.

Dietoloq həmçinin Omeqa-3 yağ turşuları və E vitamini ilə zəngin olan müxtəlif bitki yağlarından istifadə etməyi tövsiyə edir. O, müalicəvi norma kimi gündə iki çay qaşığı və ya bir xörək qaşığı qəbul etməyi məsləhət görüb.

Seçilən
21
4
publika.az

5Mənbələr