Dünən Ukrayna çempionatında mübarizə bərpa olunub. 18-ci turun ilk oyununda “Çernomorets” səfərdə “Kolos”la qarşılaşıb. Odessa klubu artıq 2-ci dəqiqədə qapısında qol görsə də, oyunun axarını dəyişməyi, 2:1 hesabıyla qələbə qazanmağı bacarıb. Soydaşımız Emil Mustafayev start heyətində yer alıb və 88-ci dəqiqədə əvəzlənib. 4 dərəcə şaxtada keçirilən, 256 azarkeşin izlədiyi oyunda Emil iki dəfə - 18-ci və 45-ci dəqiqələrdə fərqlənmək imkanını boşa verib. Bu qələbədən sonra xalını 15-ə çatdıran “dənizçilər” 14-cü pillədə qərarlaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta