"Arsenal"ın yarımmüdafiəçisi Tomas Partey İspaniya çempionatına qayıda bilər.
90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Barselona” maraqlıdır.
"Blaugrana" yarımmüdafiəçini pulsuz imzalaya bilər, çünki onun "topçular"la müqaviləsi 2025-ci ilin iyununun sonunda başa çatır.
Parteyin bazar dəyəri 15 milyon avrodur. Yarımmüdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 24 oyun keçirib. Tomas üç qol vurub və iki məhsuldar ötürmə edib.