AZ

Ruben Amorim: “Fəsadlarımız onların həlli üsullarından çoxdur”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim fəsadlar və çətinliklərə rəğmən, “qırmızı şeytanlar”ın oyununda tərəqqi sezir.

Arena.az “Goal” dərigisinə istinadən məlumat verir ki, portuqal mütəxəssis müvafiq xüsusda açıqlaması ilə diqqət çəkib:

“Bəzən mənə elə gəlir ki, komandada yaxşılaşma yoxdur, sonra isə çətin başa gəlmiş oyunlarımız olur, amma hiss edilir ki, biz oynamağa, imkanlar yaratmağa qadirik.

Bu, sevindirir. Amma mən düşünürəm ki, cari məqamda “Mançester Yunayted”in oyunlarına baxarkən, fəsadlar onların həllərindən daha çox görünür. Bu, aydındır, amma bəzi oyunlarda biz başa düşürük ki, bizim imkanlarımız var. Bizə ardıcıl olmaq gərəkdir, vəssəlam”, deyə Amorim vurğulayıb.

Portuqal mütəxəssis “Mançester Yunayted”in nəhəng fəsadları mənzərəsində, ötən ilin noyabr ayında İngiltərə nəhənginin təklifini qəbul etməsini də əsaslandırıb:

“Mənim öz əsaslarım vardı, bu işin qulpundan yapışmaq üçün çox vaxib səbəblərdir. Mən ağır olacağını bilirdim, bilirdim… Amma bu, “Mançester Yunayted”dir. Onlara etiraz edib rədd etmirlər”, deyə Ruben Amorim vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunayed” tarixən ən bərbad dövrünü yaşaşır. İngiltərə Premyer Liqasının 25 oyununda 29 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıblar. Mövsüm irəlilədikcə, “Mançester Yunayted”in ölkə çempionatı vasitəsilə avrokubokların növbəti mövsümünə vəsiqə qazanmaq imkanı da “əriyir”. Buna rəğmən, “qırmızı şeytanlar” Avropa Liqasında çıxış edirlər və bu yarışda qalibiyyətə iddialıdırlar.

Seçilən
4
arena.az

1Mənbələr