AZ

İki klub De Yonq üçün hərəkətə keçib

"Barselona"da çıxış edən Frenki de Yonq karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

90deqiqe.Az  “TBR Football”a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçini “Arsenal” və “Liverpul” klubları heyətinə qatmaq istəyir.

Sözügedən klublar niderlandlı futbolçunun gələn yay mümkün transfer şərtlərini müzakirə etmək üçün artıq kataloniyalılarla əlaqə saxlayıb.

De Yonq bu mövsüm "Barselona"nın heyətində 24 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin "Barselona" ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Transfermarkt de Yonqun dəyərini 45 milyon avro qiymətləndirir.

Seçilən
10
90deqiqe.az

1Mənbələr