AZ

Van Persi "Feyenoord"a baş məşqçi kimi qayıdır

Robin van Persi futbolçu karyerasını başladığı və bitirdiyi "Feyenoord"a baş məşqçi kimi qayıdır.

İdman.biz xəbər verir ki, hazırda "Heerenveen"i çalışdıran 41 yaşlı mütəxəssisin Rotterdam klubunda gələn həftənin əvvəlindən işə başlayacağı bildirilir.

Niderland mətbuatının məlumatına görə, "Feyenoord" məşqçiyə görə qarşı tərəfə kompensasiya ödəyəcək.

Qeyd edək ki, van Persi futbolçu kimi həmçinin "Arsenal", "Mançester Yunayted" və "Fənərbaxça" komandalarında çıxış edib, Niderland millisində 102 oyunda 50 qol vurub.

İdman.biz

Seçilən
34
1
idman.biz

2Mənbələr