Qarlı hava şəraiti ilə əlaqədar Travmatologiya və Ortopediya İnstitutuna müraciət edənlərin sayı açıqlanıb.
İnstitutdan Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dünəndən bu günədək 165 nəfərin müraciəti qeydə alınıb.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb.