AZ

Qarlı havada 165 nəfər xəsarət alıb - YENİLƏNİB

Hava şəraiti ilə əlaqəli olaraq indiyə qədər xəsarət alan 165 nəfər instituta müraciət edib.

News365.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib.

Qeyd edilib ki, onlardan 13 nəfərinə cərrahi müalicə tətbiq olunub.

***

Qarlı hava şəraiti ilə əlaqədar indiyədək 84 nəfər xəsarət alıb.

News365.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb. Onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

"Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub", məlumatda qeyd edilib.

 

Seçilən
12
8
news365.az

10Mənbələr