AZ

Putinlə Zelenski görüşməlidir

İki ölkə arasında münaqişənin həlli üçün Rusiya və Ukrayna prezidentləri görüşməlidir.

Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

O, həmçinin döyüşlərə son qoymaq istədiyini bir daha bəyan edib.

“Düşünürəm ki, prezident Putin və prezident Zelenski görüşməlidir... Mən atəşkəs və razılaşma görmək istəyirəm”, - Donald Tramp qeyd edib.

Tramp Vladimir Putinlə telefon danışıqlarının  Zelenski ilə müqayisədə daha yaxşı keçdiyini bildirib . O, həmçinin bəyan edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlarda Ukrayna prezidentinin iştirakı vacib deyil.

Seçilən
16
modern.az

1Mənbələr