AZ

“Araz-Naxçıvan”ın "Səbail"lə matçı qolsuz başa çatdı

Misli Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Araz-Naxçıvan" turnir cədvəlinin son pilləsində qərarlaşan "Səbail"lə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

 

Bu nəticədən sonra xallarını 45-ə çatdıran Naxçıvan təmsilçisi 2-ci, Bakı klubu isə 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

 

Misli Premyer Liqası

 

XXIV tur

 

22 fevral

 

16:00. “Araz-Naxçıvan” – “Səbail” - 0:0

 

Baş hakim: Fərid Hacıyev

 

“Liv Bona Dea Arena”

 

19:00. “Qarabağ” – “Sabah”

 

Baş hakim: Əliyar Ağayev

 

Tofiq Bəhramov adına Respublika Stadionu

 

Qeyd edək ki, turun açılış oyununda ötən gün "Neftçi" doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

Seçilən
0
22
modern.az

10Mənbələr