Türkiyədə hesablarında 1 milyon lirə və daha çox əmanət olan şəxslərin sayı açıqlanıb.
Modern.az Bankların Tənzimlənməsi və Nəzarət Təşkilatının (BDDK) məlumatlarına istinadən xəbər verir ki, ölkədə son 5 ildə milyonçuların sayı 493 faiz artaraq 2 milyonu keçib.
BDDK-nın məlumatına görə, 2023-cü ilin sonunda 1 299 118 milyonçuların sayı 529 min 816 nəfər artaraq 2024-cü ilin sonunda 1 828 934 nəfərə çatıb.
Türkiyədə 2020-ci ilin sonunda hesablarında 1 milyon lirə və daha çox pulu olan şəxslərin sayı 308 min 278 olub, son 5 ildə bu rəqəm 493 faiz artaraq 1 milyon 828 min 934-ə yüksəlib.
Son məlumatlara görə, Türkiyədə və xaricdə yaşayan milyonerlərin ümumi sayı 2 milyonu keçib.