AZ

ABŞ saziş layihəsinin şərtlərini SƏRTLƏŞDİRDİ

ABŞ Ukraynada faydalı qazıntıların çıxarılması sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin şərtlərini xeyli sərtləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Kiyev sənədin ilkin variantını rədd etdikdən sonra ABŞ yeni layihə təklif edib, ona görə Ukrayna təbii ehtiyatların hasilatı, o cümlədən limanlardan və digər infrastrukturlardan əldə etdiyi gəlirlərin yarısını Amerika tərəfinin tamamilə nəzarətində olan xüsusi fonda köçürməli olacaq.

Ukrayna 500 milyard dollara çatana qədər fonda töhfə verməli olacaq ki, bu da Trampın artıq verdiyi Amerika yardımı müqabilində tələb etdiyi məbləğdir.

Seçilən
16
publika.az

1Mənbələr