AZ

Hakerlər  1,5 milyard dollar oğurladılar 

Ulusal.az Reuters agentliyinə istinadən verdiyi xəbərə görə , kriptovalyuta birjası Bybit sındırılıb .​​​​​​​​​​​​​​

Şirkət əmin edib ki , digər pul kisələri zədələnməyib və müştəri vəsaitləri qorunub saxlanılır , belə ki , oğurlanmış əmlak geri qaytarılmasa belə , bütün itkilər sığorta ilə qarşılanacaq , DW xəbər verir . ” Şəffaflıq və təhlükəsizlik bizim əsas prioritetlərimiz olaraq qalır ” , – Bybit bəyanatında bildirib .

Eyni zamanda , Bybit qurucusu Ben Zhang etiraf etdiyi kimi , platforma sındırıldıqdan sonra pulların “ külli miqdarda çıxarılmasını ” gördü .​​​​​​​​​​​​​​​​​​​

Reuters-in məlumatına görə , Bybit dünya üzrə 60 milyondan çox istifadəçiyə xidmət göstərir və Bitcoin və Ethereum daxil olmaqla müxtəlif kriptovalyutalara çıxış təklif edir.

Seçilən
10
moderator.az

1Mənbələr