Bakı. Trend:
Bakıda mövcud hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanıyolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyevprospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi vəBuzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.
Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetməMərkəzi məlumat yayıb.
Bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsiqoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahişedilir.