AZ

Bakıda ŞOK OLAY: Bir küçə iti uşağa hücum etdi, digəri ona belə mane oldu - ANBAAN VİDEO

İki gün əvvəl - 20 fevral tarixində Bakının ətraf qəsəbələrindən birində olduğu ehtimal edilən hadisə zamanı küçə iti azyaşlıya hücum edib.

Titul.az xəbər verir ki, dərsdən (dərsə) getdiyi aydın görünən, təxminən 10-11 yaşlarında məktəbli oğlan uşağı qəfil küçə itinin hücumuna məruz qalır. Bu zaman bir məqam xüsusilə diqqət çəkib.

Küçə itinin uşağa hücum edib, onu dişləməsinə, ilk olaraq, elə başqa bir küçə iti mane olub. Həmin kadrlar videoya da diqqətlə baxanda aydın görünür. 

Uşağın çıxırtısı və itlərin hürüşməsinə həmin ərazidən keçən bir oğlan dərhal reaksiya verərək, uşağı qorumaq üçün ora qaçıb. Bundan dərhal sonra hadisənin baş verdiyi ərazidəki ev sahibəsi qapını açaraq uşağa kömək etmək istəyib, ardınca isə taksi idarə edən bir sürücü avtomobilini düz itlərin üzərinə sürərək, uşağı qorumaq üçün əlindən gələni edib.

Ətraflı videoda:

 

 

Seçilən
978
1
titul.az

2Mənbələr