Xalq artisti Ənvər Həsənovun səhhətində heç bir irəliləyiş yoxdur.
Demokratikmusavat.comxəbər verir ki, bu barədə "Qaynarinfo"ya açıqlamasında aktyorun qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, edilən müalicələrin təsiri görünmür:
"Nə düzəlir, nə də dəyişir, olduğu kimi qalıb. Səhhəti heç yaxşı deyil, xoşumuza gəlmir. İynə-dərmanların xeyri yoxdur, edilən müalicə kömək etmir".
Qeyd edək ki, bir müddət öncə Xalq artisti Ənvər Həsənovun səhhəti pisləşib. Xəstəxanaya yerləşdirilən aktyora həkimlər kəskin işemik insult diaqnozu təyin edib".