AZ

Papanın vəziyyəti kritik həddə qədər PİSLƏŞDİ

Roma Papasının vəziyyəti kritik həddə qədər pisləşib.

Publika.az xəbər verir ki, bu barədə "Rai News" məlumat yayıb.

Vatikanın mətbuat xidməti 88 yaşlı pontifikin hələ də təhlükə altında olduğunu bildirib.

“Bu səhər Papa Francis, yüksək axınlı oksigen terapiyasının istifadəsini tələb edən uzun müddətli astmatik tənəffüs böhranı ilə əlaqədar tibbi yardıma ehtiyac duydu", - məlumatda deyilir.

Qeyd edilib ki, aritmiya azaldığına görə, rombositlərin sayının azalması səbəbindən Papaya qan köçürməli olub. Özünü pis hiss etməsinə baxmayaraq, o, huşunu saxlayır və günü oturaraq keçirir.

Seçilən
41
2
publika.az

7Mənbələr