AZ

"Qarabağ"la belə heç-heçədən məmnunam" -Vasili Berezutski

 Misli Premyer Liqasının 24-cü turunda bu gün “Qarabağ”la heç-heçə edən (1:1) "Sabah"ın baş məşqçisi Vasili Berezutski oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, rusiyalı mütəxəssis mətbuat konfransında belə danışıb:

“Çox maraqlı oyun alındı. Hava şəraitinin kəskin olmasına baxmayaraq. qarşılıqlı hücumlar oldu. Oyunun sonlarında qol fürsətlərimiz oldu. “Qarabağ”a qarşı belə heç-heçədən məmnunam. Məşqlərdə bizim qədər hücumun sonlarınıdırılması ilə bağlı işləyən komanda yoxdur. Komandamın topla çıxışından narazı qaldım. Çoxlu top itkiləri olurdu”.

Burada futbolçu kimi çıxış etmisiniz sualına rusiyalı çalışdırıcı belə cavab verib:

“Həmin oyunda “Neftçi” ilə matçda ehtiyat oyunçular skamyasında oturmuşdum. Əfsanəvi stadionda oynamaq mənim üçün unudulmaz hisslərdi”.

 

Seçilən
8
fanat.az

1Mənbələr