AZ

Türkiyəyə gedən rus turistlərin sayı azalıb...

Ötən ay Türkiyəyə ümumilikdə 203 min rusiyalı səfər edib. İndi turistlərin sayına görə birinci yer yanvarda 40 minə yaxın daha çox turist qəbul edən İrana məxsusdur.

Rusiyalıların ölkəyə səfər etməsi baxımından türk turizm biznesi üçün ən yaxşı il 2019-cu il olaraq qalır.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yanvar ayında ölkəyə Rusiyadan 203 min turistin gəldiyini göstərən statistik məlumatları açıqlayıb ki, bu da bir ilin eyni ayı ilə müqayisədə 12 faiz azdır. O zaman səlahiyyətlilər Rusiya Federasiyasından 279 min tətilçini saymışdı.

Eyni məlumatlara görə, hazırda Türkiyədə istirahət edənlərin sayına görə İrandan gələn turistlər birinci, ruslar isə ikinci yerdədir.

2025-ci ilin yanvarında 240 min iranlı qeydiyyatdan keçib. Ümumilikdə MDB ölkələrindən bu Aralıq dənizi ölkəsinə turist axını 5 faiz azalıb.

Xatırladaq ki, tarixdə ən çox Rusiya vətəndaşı Türkiyəyə 2019-cu ildə gəlib - 7 milyon nəfər.

Nazlı Almuradova

Seçilən
28
sia.az

1Mənbələr