AZ

Tramp Maskın fəaliyyətindən razıdır

ABŞ prezidenti Donald Tramp Elon Maskı vətənpərvər adlandırıb və onun ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi fəaliyyətindən məmnun olduğunu bildirib.

İki sahil” xəbər verir ki, Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında Amerika hökumətində həddindən artıq xərcləmə ilə mübarizə və bürokratiyanın azaldılması ilə bağlı çıxış edən Tramp DOGE-nin yaradılmasından bəhs edib. "Elon əla iş görür", - deyən Ağ Ev rəhbəri, Maskın mahiyyət etibarilə bu işə ehtiyacı olmadığını vurğulayıb.

"İnsanlar məndən onun (Elon) hansı rəsmi vəzifədə olduğunu soruşur. Mən, "o, vətənpərvərdir", - deyirəm", - Tramp deyib.

"Biz federal hökumətdəki bütün lazımsız, səriştəsiz və korrupsioner bürokratlardan qurtuluruq", - Amerika administrasiyasının rəhbəri vurğulayıb və izah edib ki, artıq 75 mindən çox federal işçi onun təzminat ödənişləri üçün könüllü istefa təklifindən yararlanıb: "Biz hökumətin kiçilməsini, lakin daha təsirli olmasını istəyirik. Biz ən yaxşısını saxlamaq və ən pisindən xilas olmaq istəyirik".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
19
50
ikisahil.az

10Mənbələr