AZ

ADY:Kəskin hava şəraiti ilə əlaqədar qatarlara tələbat artdı - FOTO

Kəskin hava şəraiti ilə əlaqədar qatarlara tələbat artıb.

Bu barədə Avtosfer.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Bildirilib ki, reysə çıxan qatarlar tam doluluqla yola düşüb. Çünki, qarlı-şaxtalı hava şəraitində sərnişinlər təhlükəsiz nəqliyyat vasitəsi kimi qatarla səyahətə üstünlük veriblər.

Məlumatda vurğulanıb ki, Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarlar, eləcə də Bakı-Ağstafa istiqamətində tələbata əsasən əlavə qatar da 100% doluluqla yola düşüb.

"Sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi üçün hər zaman əlavə tədbirlər görür, tələbatı qarşılamaq üçün reyslərimizi artırır, xidmət keyfiyyətimizi yüksəldirik", - ADY-dən bildirilib.

FOTO QALEREYA
Seçilən
39
38
avtosfer.az

10Mənbələr