Almaniya Bundesliqasında XXIII turun matçları davam edir. SİA xəbər verir ki, ikinci oyun günündə 5 qarşılaşma keçirilib.
Son çempion "Bayer" səfərdə "Holşteyn Keyl"i 2:1 hesabı ilə məğlub edib. Dortmund "Borussiya"sı isə evdə "Union"un qapısından 6 cavabsız top keçirib.
Bundesliqa
XXIII tur
"Borussiya" (Dortmund) - "Union" - 6:0
"Holşteyn Keyl" - "Bayer" - 0:2
"Borussiya" (Münxenqladbax) - "Auqsburq" - 0:3
"Maynts" - "Sankt Pauli" - 2:0
"Volfsburq" - "Boxum" - 1:1
"Frayburq" - "Verder" - 5:0
Qeyd edək ki, turun son üç oyunu bu gün keçiriləcək.
Hazırda "Bavariya" 55 xalla turnir cədvəlinin ilk pilləsində yer alıb. Liderdən 5 xal az toplayan "Bayer" ikincidir.