AZ

Almaniya Bundesliqası: "Arılar" Berlin komandasına rəhm etmədilər

Almaniya Bundesliqasında 23-cü tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 5 oyun baş tutub.

"Volfsburq” - “Boxum” qarşılaşması bərabərliklə başa çatıb. Mönhenqladbax “Borussiya”sı evdə “Auqsburq”a uduzub. “Holştayn”ın qonağı olan “Bayer Leverkuzen” inamlı qələbəyə sevinib. “Maynts” evdə “Sankt Pauli”yə qalib gəlibsə, Dortmund “Borussiya”sı “Union Berlin”i darmadağın edib.

Almaniya Bundesliqası
23-cü tur
21 fevral

Frayburq Verder 5:0
Qollar: Sildilya, 15. Qrifo, 33; 57. Doan, 76; 90+2.

22 fevral

Borussiya (Mönhenqladbax) Auqsburq 0:3
Qollar: Klod-Maurise, 55; 61; 70.

Holştayn Bayer Leverkuzen 0:2
Qollar: Şik, 9. A.Adli, 45.

Maynts Sankt Pauli 2:0
Qollar: Li, 67. Nebel, 90+5.

Volfsburq Boxum 1:1
Qollar: Svanberq, 81 – Masoviç, 50.

Borussiya (Dortmund) Union Berlin 6:0
Qollar: Leyte, 25-öz qapısına. Girassi, 40; 75; 80; 83. Bayer, 89.

23 fevral

18:30. Leyptsiq – Haydenhaym
20:30. Bayern Münhen – Ayntraxt
22:30. Hoffenhaym – Ştutqart

Seçilən
6
fanat.az

1Mənbələr