AZ

Xalq artistinin səhhəti necədir? - Ailəsindən AÇIQLAMA

Xalq artisti Ənvər Həsənovun səhhətində heç bir irəliləyiş yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə qaynarinfo-ya açıqlamasında aktyorun qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, edilən müalicələrin təsiri görünmür: "Nə düzəlir, nə də dəyişir, olduğu kimi qalıb. Səhhəti heç yaxşı deyil, xoşumuza gəlmir. İynə-dərmanların xeyri yoxdur, edilən müalicə kömək etmir".

Qeyd edək ki, bir müddət öncə Xalq artisti Ənvər Həsənovun səhhəti pisləşib. Xəstəxanaya yerləşdirilən aktyora həkimlər kəskin işemik insult diaqnozu təyin edib".

Bizim.Media

Seçilən
28
16
bizim.media

10Mənbələr