AZ

"Avroviziya"da növbəti mahnı qalmaqalı

İtaliyanın istehlakçı hüquqları təşkilatı "Codacons" Estoniyanın təmsilçisi Tommi Keşin "Espresso Macchiato" adlı mahnısının"Avroviziya 2025"də qadağan edilməsini tələb edib. SİA xəbər verir ki, ingilis və italyan dillərinin qarışığından ibarət olan mətn, həzzlərlə dolu bir həyatı təsvir edir. Hekayə “həftədə yeddi gün işləyən” və qəhvəni çox sevən zəngin bir adamdan bəhs edir. Mahnıda deyilir ki, o, "mafioz kimi tərləyir" və "həyat spagetti kimidir: onu bişirənə qədər sərtdir".

"Codacons" nümayəndələri hesab edirlər ki, estoniyalı ifaçının bəstəsi çoxlarını narahat edir. Bununla əlaqədar olaraq təşkilat müsabiqə təşkilatçılarından sözügedən mahnını müsabiqədə qadağan etməyi xahiş edib.

Xatırladaq ki, "Avroviziya 2025" yarışmasında ölkəmizi "Mamagama" qrupu təmsil edəcək. İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.

Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

Seçilən
27
14
sia.az

10Mənbələr