“Real”ın keçmiş hücumçusu Xoselu, keçən yay komandadan ayrılmaq qərarına gəlməyin onun üçün nə qədər çətin olduğunu açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, 34 yaşlı futbolçu Qətərin “Əl-Qarafa” klubuna keçib.
“Ayrılmaq qərarına gələndə bu barədə həyat yoldaşıma belə deyə bilmədim. Bu barədə Ançelottiyə danışmaq da çətin idi, o, mənim qalmağımı istədiyi üçün şokda idi.
Qətərdəki ilk iki ayda fikrim hələ də “Real”da idi. İndi rahat ölə bilərəm, çünki mən “Real”da və həyatımın klubu ilə onlarla titul qazanmışam”, – Xoselunun sözlərini “Marca” sitat gətirib.
Xoselu 2023-cü ilin yayından “kral klubu”nda oynayıb. O, “Real Madrid”lə Çempionlar Liqasının və İspaniya çempionatının qalibi olub.