AZ

HƏMAS yəhudi girovları belə alçaldır

İsrail hakimiyyəti HƏMAS-ı girovların azad edilməsi zamanı alçaldıcı mərasimlər keçirməkdə günahlandırıb və planlaşdırılan mübadiləni dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə bu barədə "Associated Press" baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatına istinadla məlumat yayıb.

Qeyd edilib ki, mübadilə fevralın 22-nə planlaşdırılmışdı. İsrail 600-dən çox fələstinli məhbusu azad edəcəkdi.

İsrail liderinin ofisi HƏMAS-ın girovlarla rəftarını “qəbuledilməz” adlandırıb. Həmçinin bildirilib ki, indi İsrail hakimiyyəti HƏMAS-dan girovlarla bağlı bu “mərasimlərin” təkrarlanmayacağına dair zəmanət gözləyəcək və yalnız bundan sonra mübadilələr bərpa olunacaq.

Seçilən
34
1
publika.az

2Mənbələr