AZ

DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır

Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət davam etdirilir, yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətindən "İki sahil"ə verilən məlumata görə, sürücü, həmçinin piyadaların rahat, təhlükəsiz hərəkətini təmin etmək və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədi ilə cəlb edilmiş əlavə naryad qrupları tərəfindən də bütün köməkliklər göstərilir.

Təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə işlər davam etdirilir.

Seçilən
7
1
ikisahil.az

2Mənbələr