Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşmanı baş hakim Kamal Umudlu idarə edəcək.
Tovuz təmsilçisi “Şamaxı” ilə keçirilən bütün oyunlarda qol vurub, həmçinin səfərdə məğlub olmayıb.
“Turan Tovuz” hazırda 39 xalla 4-cü, “şirlər” isə 21 xalla 8-ci pillədə qərarlaşıb.
Turun son görüşü “Kəpəz” və “Zirə” arasında olacaq. Tovuz şəhər stadionda keçiriləcək oyunda ədaləti Rauf Cabarov qoruyacaq.
Gəncə klubu “qartallar”ı son 14 oyunda məğlub edə bilməyib, axırıncı 4 oyunun hamısında isə uduzub.
“Kəpəz” 19 xalla 9-cu, “Zirə” isə 42 xalla 3-cü pillədədir.