Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulacaq.
Son oyun günündə iki qarşılaşma baş tutacaq.
"Operativ Media" xəbər verir ki, günün ilk qarşılaşması Şamaxıda baş tutacaq. Şəhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edəcək.
Tura Zirədə yekun vurulacaq. "Zirə" doğma meydanda "Kəpəz"i sınağa çəkəcək.
Azərbaycan Premyer Liqası
24-cü tur
23 fevral
14:30 Şamaxı – Turan Tovuz
Baş hakim: Kamal Umudlu
Şamaxı şəhər stadionu
17:00 Zirə – Kəpəz
Baş hakim: Rauf Cabarov
Zirə İdman Kompleksinin stadionu