AZ

Premyer Liqa: Tura 2 oyunla yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşmanı baş hakim Kamal Umudlu idarə edəcək.

Tovuz təmsilçisi “Şamaxı” ilə keçirilən bütün oyunlarda qol vurub, həmçinin səfərdə məğlub olmayıb.

“Turan Tovuz” hazırda 39 xalla 4-cü, “şirlər” isə 21 xalla 8-ci pillədə qərarlaşıb.

Turun son görüşü “Kəpəz” və “Zirə” arasında olacaq. Tovuz şəhər stadionda keçiriləcək oyunda ədaləti Rauf Cabarov qoruyacaq.

Gəncə klubu “qartallar”ı son 14 oyunda məğlub edə bilməyib, axırıncı 4 oyunun hamısında isə uduzub.

 

 

“Kəpəz” 19 xalla 9-cu, “Zirə” isə 42 xalla 3-cü pillədədir.

Qeyd edək ki, turun digər oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı 1:0 məğlub edib, “Araz-Naxçıvan” “Səbail”lə 0:0, “Qarabağ” “Sabah”la 1:1 hesablı heç-heçəyə razılaşıb.

Azərbaycan Premyer Liqası
XXIV tur
23 fevral

14:30. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu

17:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin
Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Zirə İK stadionu

Seçilən
13
msport.az

1Mənbələr