Fevralın 25-də Vaşinqton və Moskva arasında danışıqların yeni mərhələsi keçiriləcək. Danışıqlar yenidən Səudiyyə Ərəbistanında baş tutacaq.
Bakıvaxtı.az bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Qeyd edək ki, fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya yüksək səviyyəli nümayəndə heyətlərinin görüşü baş tutub. Ukrayna nümayəndələri danışıqlarda iştirak etməyiblər. Ukrayna Prezidenti Vladimir Zelenski bu danışıqların nəticələrini əvvəlcədən tanımaqdan imtina edib və Ər-Riyad planlaşdırılan səfərini mart ayına təxirə salıb.