AZ

“Global Media Group”a növbəti kiberhücum olub


“Global Media Group”a daxil olan onlayn resurslara qarşı növbəti genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, bunun nəticəsində “Report.az”, “Oxu.az”, “Media.az”, “Caliber.az”, “Baku.ws” saytlarının və "Baku TV"nin fəaliyyətində müvəqqəti problemlər yaranıb.
“Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır. Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır.
Qeyd olunan xəbər resurslarında yeni məlumatların yerləşdirilməsi 24 fevral tarixindən etibarən nəzərdə tutulur”, - məlumatda deyilir.
Qeyd olunub ki, kiberhücum peşəkar şəkildə təşkil olunub və yüksək səviyyədə planlaşdırılıb:
Seçilən
27
15
yeniavaz.com

10Mənbələr