AZ

Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə oldu

Bərdə rayonunun Həsənqaya kəndində yas mərasimində kütləvi zəhərlənmə qeydə alınıb. Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, 10-dan çox şəxs ürəkbulanma, halsızlıq şikayətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 1 nəfər xəstəxanada saxlanılaraq, qalanları evə buraxılıb.

Seçilən
30
9
publika.az

10Mənbələr