Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində son matçına çıxacaq.
Tahir Baxşıyevin yetirmələri Bakıda İrlandiya millisini qəbul edəcək. Yığmamız səfərdəki məğlubiyyətin əvəzini çıxmağa calışacaq.
Qeyd edək ki, qrupun digər oyununda 1-ci yeri təmin edən İsveçrə Kosovo ilə görüşəcək.
DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi
A qrupu, V tur
23 fevral
17:00. Azərbaycan – İrlandiya
Hakimlər: Zdravko Rutesiç (Monteneqro), Duhan Köyiçi (Türkiyə) və Nemanya Vlahoviç (Serbiya)
Bakı İdman Sarayı
1 | İsveçrə | 5 | 5 | 0 | 403-268 | 10 |
2 | Kosovo | 5 | 2 | 3 | 369-408 | 7 |
3 | İrlandiya | 5 | 2 | 3 | 375-406 | 7 |
4 | Azərbaycan | 5 | 1 | 4 | 341-406 | 6 |
İdman.biz