AZ

Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?


Ölkə ərazisində, eyni zamanda Bakıda və Abşeron yarımadasında qarlı və şaxtalı hava şəraiti davam edir.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 82, Lerikdə 62, Qaxda (Sarıbaş) 50, Şəkidə 39, Qəbələ və Balakəndə 22, Kəlbəcər, Yardımlı, Daşkəsən və Şahbuzda 20, Qrız, Oğuz və Gədəbəydə 19, Lənkəran, Şahdağ və Naxçıvanda 16, Astarada 15, Neftçalada 14, Biləsuvar, Göygöl və Şuşada 12, Qobustan və Sədərəkdə 11, İmişli və Zərdabda 7, Cəlilabad və Göyçayda 6, Ağdam, Mingəçevir və Qubada 5, Ceyrançöl, Füzuli və Kürdəmirdə 4, Tovuz, Yevlax, Tərtər və Qusarda 3, Gəncə, Bərdə və Ağstafada 2, Goranboy, Naftalan, Ordubad, Şəmkir və Şərurda 1, Bakıda və Abşeron yarımadasında 6 sm-dir.
“Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb.
Ölkə ərazisində qarlı hava şəraitinin fevralın 24-ü gündüzədək davam edəcəyi gözlənilir”, - məlumatda deyilir.


Seçilən
30
23
nuh.az

10Mənbələr