AZ

Yenə qar yağacaq, şaxta olacaq

Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.

Gecə və səhər yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Fevralın 24-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 12-17° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 5-10° şaxta olacaq. Bəzi rayonlarda yollar buz bağlayacaq.

Seçilən
8
49
heftelik.az

10Mənbələr