AZ

Marandiçi martın əvvəlində Azərbaycana gələcək və ...

Ölkə kubokunun 1/8 final mərhələsinin “Turan Tovuz” - “Sabah” oyununda ayağı qırılan və əməliyyat olunan Denis Marandiçinin bərpa prosesi davam edir.

Ötən ay “Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov Portuqaliyada müalicə olunan müdafiəçini ziyarət etmişdi.

Bəs indi Marandiçinin durumu necədi? Moldovalı futbolçu hardadı? Ümumiyyətlə, bu mövsüm yaşıl meydana çıxması mümkün olacaqmı? “Football-plus.az”ın suallarını “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev cavabladı:

“Marandiçi martın əvvəlində Azərbaycana gələcək və bərpa prosesinin son mərhələsini burda keçəcək. Hazırda terapiya keçir, müalicəsi plana uyğun davam edir. Portuqaliyada ən böyük və ən yaxşı bərpa mərkəzlərinin birində müalicə alır. Martın ortası zədənin proqnozlaşdırılan 3 aylıq bərpa prosesi tamamlanmalıdı. Ondan sonra yüngül çalışmalara başlaması nəzərdə tutulub”.

ƏSƏD SEYİDOV
Seçilən
23
football-plus.az

1Mənbələr