AZ

"Çalışsam, muğam oxuya bilərəm"

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Rusiyanın "Men Today" adlı məşhur kişi jurnalının yeni sayında yer alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı nəşr üçün kamera qarşısına keçib və ona ünvanlanan sualları cavablandırıb. O, müsahibəsində musiqiyə olan marağının genlərindən gəldiyini açıqlayıb:

"Ümumiyyətlə, qohumlarımın çoxu musiqiçi olub. Onlar əsasən Azərbaycan və ya türk xalq mahnılarını ifa ediblər. Yeri gəlmişkən, əmim Xanhüseyn Hüseynov 80-ci illərdə məşhur ifaçı olub. Onun inanılmaz tembrli, cingiltili səsi bütün Azərbaycanda eşidilirdi. Ona görə də dəqiq deyə bilərəm ki, musiqiçi ailəsində böyümüşəm. Ancaq mən və əmim musiqidə böyük uğurlar qazanmışıq və hər ikimiz fevralın 29-da anadan olmuşuq".

İfaçının sözlərinə görə, onun peşəkar müəllimləri olmayıb:

"Mən bilərəkdən oxumağı öyrənməmişəm, musiqi məktəbində oxumamışam, yalnız fakültativ kurs kimi xorda oxuyurdum. Təbii ki, oxuduğumuz xorda mahnılar öyrənir, səs tellərimi məşq etdirirdik. Amma deyə bilmərəm ki, bu, hansısa yüksək səviyyədə idi. Mən daha çox Maykl Cekson, Enrike İqlesias, "Coldplay" qrupunu və bir çox başqa ifaçıları dinləmişəm. Məni həmişə Qərb musiqisinə daha çox cəlb edib. Dili bilməməyimə baxmayaraq, sənətçinin duyğularını və onun mesajını mahnıda aydın hiss edirdim. Mənim üçün bu, başa düşülən dildə musiqi dinləməkdən başqa bir şey idi. Yeri gəlmişkən, o vaxt rep musiqisi böyük populyarlıq qazanmışdı, hamı "50 Cent" və ya Eminemi dinləyirdi. Məndə bu janra sevgini böyük qardaşım aşılayıb. Yadımdadır, evi birlikdə bu mahnıları oxuyaraq necə təmizləyirdik. Əslində, mən o zaman anladım ki, müəyyən musiqi zövqüm var.

Musiqinin özü mənə nəyi dinləməli olduğumu söyləyirdi. Müslüm Maqomayevin dediyi kimi, "Mən yazılardan öyrəndim". Qərb sənətçiləri ilə paralel olaraq türk və Azərbaycan musiqilərini də çox dinləmişəm. Təbii ki, rus musiqisi də məndən yan keçmədi. Beləliklə, janrların və üslubların bu qarışımını yavaş-yavaş mənimsədim. Bütün bu proses qeyri-ixtiyari baş verdi, mən belə öyrəndiyimin fərqində deyildim. Amma əslində bu cür dinləmək və görmək mənim öz imzamın formalaşdırmasına kömək etdi".

Coni bildirib ki, onun vokal texnikası Qərb üslubuna daha yaxındır:

"Çalışsam, təbii ki, muğam ifa edə bilərəm. Amma bu, mənim üçün bir az qeyri-təbii çıxır. Baxmayaraq ki, qanda meyillik var, sadəcə, onun üzərində işləmək lazımdır. Mənim böyük məqsədim melodiyadakı Avropa və Qərb hərəkətlərini dərk etmək idi. Bunu indi mahnılarımda hiss etmək olar. Eyni zamanda, məni ürpədən, Şərq elementlərinin ona tam uyğunlaşacağını anlayanda onu mahnıda tətbiq etdim".

Milli.Az

Seçilən
16
6
milli.az

10Mənbələr