Türkiyənin Karabük vilayətinin Safranbolu bölgəsində yerləşən İsmetpaşa məhəlləsində Recep Özkana məxsus 150 illik tarixi iki mərtəbəli malikanə yanıb.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, naməlum səbəbdən baş verən yanğın hadisə yerinə çağırılan yanğınsöndürən qruplarının müdaxiləsi nəticəsində söndürülüb.
Yanğından sonra tarixi bina istifadəyə yararsız hala düşüb.
Hazırda yanğının səbəbləri araşdırılır.