AZ

Türkiyədə 150 illik tarixi bina kül oldu

Türkiyənin Karabük vilayətinin Safranbolu bölgəsində yerləşən İsmətpaşa məhəlləsində Rəcəb Özkana məxsus 150 illik tarixi ikimərtəbəli malikanə yanıb.

Bakıvaxtı.az xəbər verir ki, naməlum səbəbdən baş verən yanğın hadisə yerinə çağırılan yanğınsöndürən qrupların müdaxiləsi nəticəsində söndürülüb.

Yanğından sonra tarixi bina istifadəyə yararsız hala düşüb.

Hazırda yanğının səbəbləri araşdırılır./Publika.az

Seçilən
32
1
bakivaxti.az

10Mənbələr