AZ

Miller bu gün Bakıya qayıdacaq

“Turan Tovuz” klubunun futbolçusu Roderik Miller bu gün Bakıya qayıdacaq.

"Unikal" xəbər verir ki, zədə səbəbindən Panamada əməliyyat olunan müdafiəçi, bərpa prosesinin son mərhələsini qərb təmsilçisinin tibbi personalı ilə birlikdə keçirəcək.

Roderikin Misli Premyer Liqasının dördüncü dövrəsindən öncə **“Turan Tovuz”**a qoşulması gözlənilir.

Qeyd edək ki, panamalı futbolçunun “Turan Tovuz” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-a qədərdir.

Seçilən
5
unikal.az

1Mənbələr