AZMMAF Prezidentı Rövşən Həsənov rəhbərliyi altında Azərbaycan idmançıları Belqrad, Serbiya şəhərində keçirilən IMMAF Avropa Çempionatında uğurla iştirak ediblər.
“Qafqazinfo” xəbər verir ki, yarış Ranko Žeravica Sports Hall idman kompleksində baş tutub.
Ümumi iştirakçı sayı: 15 idmançı
Qazandıqları medallar: 5 medal (1 qızıl, 2 gümüş, 2 bürünc)
Medal qazanan idmançılar:
Qızıl medal: Eldar Həsənli (Youth D 10-11 yaş)
Gümüş medal: Mətin Əmirli (Youth D 10-11 yaş), Cəfərsadiq Mirzəyev (Youth A 16-17 yaş)
Bürünc medal: Əli Novruzlu (Youth B 14-15 yaş), Səlahəddin Rəhimov (Youth B 14-15 yaş)
İdmançılar və məşqçilər:
Məşqçilər: Şəhriyar Abbasov, Ravil Fətullayev, Natiq Novruzzadə
Administrativ və tərcüməçi işi: Səidə Osmanova
İdmançılar və məşqçilər “Putnik Inn” hotelində yerləşiblər.
Bu mötəbər yarışda Azərbaycan idmançıları yüksək nəticələr əldə edərək ölkəmizi layiqincə təmsil ediblər.