AZ

Matç təxirə salınmayacaq, Şamaxı stadionu oyuna hazırdır - Video

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 24-cü turunun “Şamaxı” - “Turan Tovuz” oyunu nəzərdə tutulduğu vaxtda baş tutacaq.

QOL.az xəbər verir ki, matç nəzərdə tutulduğu kimi bu gün saat 14:30-da start götürəcək.

Qeyd edək ki, Şamaxı şəhərinə qar səbəbindən bir neçə saat əvvəl meydança əlverişsiz vəziyyətdə olub. Lakin aparılan işlər nəticəsində meydança qardan təmizlənib və oyun üçün hazır vəziyyətə gətirilib.

Beləliklə, “Şamaxı” - “Turan Tovuz” oyunu təxirə salınmayacaq və nəzərdə tutulan vaxtda başlanacaq.

“Turan Tovuz”un oyunun təxirə salınması ilə bağlı (canlı yayımın və VAR-ın olmaması səbəbindən) Peşəkar Futbol Liqasına müraciətinə isə müsbət cavab verilməyib.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr